Kasilyasın seriyası qırıldı | |
"Real" (Madrid) klubunun qapıçısı İker Kasilyasın "quru" seriyası qırılıb. Təcrübəli qolkiper Çempionlar Liqasının 1/8 finalında "Şalke" ilə matçın 90+1-ci dəqiqəsində qapısında qol görüb. Ardıcıl 8 oyunda qapısını toxunulmaz saxlayan Kasilyas bu uğurlu seriyanı davam etdirməyi bacarmayıb. Bununla da, ispan qapıçı 952 dəqiqənin tamamında qapısında top görüb. Qeyd edək ki, "Şalke" - "Real" oyunu 1:6 hesabı ilə qonaqların xeyrinə başa çatıb. |
|
Xəbər 874 dəfə oxundu. |
|
|