Məktəblilərimiz Antalyada fəqləniblər

Oktyabrın 11-dən 19-dək Türkiyənin Antalya şəhərində şahmat üzrə Məktəblilərin Avropa Çempionatı keçirilib.
Altı yaş qrupu üzrə oğlanlar və qızlar arasında keçirilən yarışda Azərbaycan 18 şahmatçı ilə təmsil olunub.
Komanda hesabında şahmatçılarımız 2-ci olub, şəxsi hesabda isə Bakı şəhəri 2 saylı Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Mətin Mürsəlli 7-yaşınadək oğlanlar arasında, Sumqayıt şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi İsmayıl Mələk 7-yaşadək qızlar arasında, həmin məktəbin yetirməsi Rəvan Əliyev isə 8-9 yaş qrupunda qızıl, Lənkaran şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Cavidan Babazadə 12-13 yaş qrupunda gümüş, Naxcıvan şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Rauf Murtuzov isə 7-yaşadək qrupda bürünc medal qazanıblar.

Xəbər 1075 dəfə oxundu.