Masallıda rayon birinciliyi keçirilib
25-26 fevral tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Taekvando Mərkəzində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş yeniyetmə və gənclər arasında Taekvando idman növü üzrə rayon birinciliyi keçirilib.

Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edildi.

75 nəfər idmançının iştrakı ilə 10 çəki dərəcəsində keçirilən yarışda hər çəki dərəcəsində I , II, III yerləri tutan idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medalla təltif edilib.

Xəbər 1066 dəfə oxundu.