Güləşçilərimiz Aleksandr Medvedin mükafatı uğrunda yarışacaq
Martın 1-2-də Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 44-cü beynəlxalq Qran Pri turniri keçiriləcək. Turnirdə ölkə yığma komandasının 3 qadın və 1 sərbəst güləşçisi iştirak edəcək.

Məşqçi Aslan Ağayevin başçılığı altında Minskə qadın güləşçilərdən Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq) və Nadya Sementsova (69 kq), sərbəst güləşçilərdən Məhəmməd Müslümov (65 kq) yollanacaq.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.

Xəbər 925 dəfə oxundu.