Ronaldo Çempionlar Liqasında birinciliyi ələ aldı
Çempionlar Liqasının bombardiri yenidən dəyişib.

"Real"ın (Madrid) hücumçusu Kriştiano Ronaldo ÇL-in 1/8 finalında "Şalke" ilə matçda (6:1) dubla imza atıb. Bununla da o, cari mövsüm ÇL-də vurduğu qolların sayını 11-ə yüksəldib.

Ronaldo hazırda aktivində 10 qol olan PSJ-nin oyunçusu Zlatan İbrahimoviçi geridə qoyaraq yenidən bombardirlər siyahısında liderliyi ələ alıb.

Xəbər 749 dəfə oxundu.