Mourinyo: "Droqba ilə qarşılaşmaq mənim üçün çətindir" | |
"Bütün oyunlar kimi "Qalatasaray"la qarşılaşmanı da səbirsizliklə gözləyirəm. Rəqibimiz Türkiyə çempiondur. Droqba ilə qarşılaşmaq isə mənim üçün çətindir". Bu sözləri "Çelsi"nin baş məşqçisi Joze Mourinyo ÇL-ın 1/8 finalında "Qalatasaray"la oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib. Portuqaliyalı çalışdırıcı sabiq futbolçusu Didye Droqba ilə yenidən qarşılaşacağı üçün həyacanlı olduğunu deyib: "Ancaq bunu qəbul etməliyik. Mən öz işimi görməliyəm, o da qol vurmağa çalışmaldır. Droqbanı görmək xüsusi bir duyğudur. Ancaq oyun zamanı bunu unutmalıyıq". Qeyd edək ki, "Qalatasaray" - "Çelsi" oyunu bu gün saat 23:45-də başlayacaq. |
|
Xəbər 835 dəfə oxundu. |
|
|