Astarada voleybol üzrə zona birinciliyi keçirilib
20-21 fevral tarixlərində Astara Olimpiya İdman Kompleksində Yeniyetmələrin IX Respublika Oyunları proqramına daxil olan Veleybol üzrə 1999-2000-ci il təvəllüdlü oğlanlar arasında respublika zona birinciliyi keçirilib.

10 rayon komandası, 120 idmançı, 12 nümayəndə, 5 hakimin iştirakı ilə keçirilən respublika zona birinciliyində Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Şirvan, Salyan, Saatlı, Biləsuvar və Hacıqabul (Bakı) rayon komandaları mübarizə aparıblar.

I, II və III yerlərə müvafiq olaraq Salyan, Lənkəran, Cəlilabad komandaları layiq görülüblər.

Birinci və ikinci yerlərə layiq görülən komandalar yarışların respublika final mərhələsində mübarizəni davam etdirmək hüququ qazanıblar.

Xəbər 1202 dəfə oxundu.