Zərdabda rayon birinciliyi keçirilib
Fevralın 22-də “Cəsurlar” hərbi idman və turizm oyunun rayon birinciliyi keçirilib.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin bazasında 250 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, Yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərinin hərbi idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanması və turizm hərəkatının inkişaf etdirilməsi olub.

Sonda bieinci yerə Gəlmə kənd, ikinci yerə Dəkkəoba kənd, üçüncüyə Qoruqağı tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 988 dəfə oxundu.