Voleybol üzrə rayon turniri keçirilib
21-22 fevral tarixlərində şəhid döyüşçü Rafiq Səmədovun xatirəsinə həsr edilmiş voleybol üzrə rayon turniri keçirilib.

Olimpiya İdman Kompleksində 180 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, şəhid döyüşçünün xatirəsini yad etmək, vətənpərvərlik ruhunu artırmaq olub.

Onda qalib gələn komandalar diplomlarla təltif olunublar.

Xəbər 829 dəfə oxundu.