Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş kross yarışı keçirilib

Sumqayıtda Azərbaycan dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş məhəllə və mikrorayonlar arasında kross üzrə şəhər yarışı keçirilib.
Ulu öndər Heydər Əliyevin abidəsinin qarşısında yarışın təntənəli açılış mərasimi keçirilib. Şəhər icra hakimiyyətinin təşəbbüsü, gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov başda olmaqla şəhərin hüquq mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri də iştirak ediblər.
Müəyyən olunmuş marşrut üzrə 3000 metr məsafəyə kross qaçışında şəhərin 50-ə yaxın məhəllə və mikrorayonlarını əhatə edən yarışda 300 yeniyetmə və gənc iştirak edib.
Fərid Babayev, Pərviz Hüseynov, Elşən Vəliyev, Şamil Əliyev, Nicat Şərəfxanov, Azad Abbasov, Ayxan İsmayılov, Həbib İsayev, Ağazim Ağayev və Elman Ağayev müvafiq olaraq 1-10 cu yerləri tutublar. İdmançılar şəhər gənclər və idman baş idarəsinin fəxri fərmanları, medal və hədiyyələri ilə təltif olunublar.

Xəbər 1211 dəfə oxundu.