“Cəsurlar” hərbi-idman və turizm oyununun rayon birinciliyi keçirilib
Yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanması və turizm hərəkatının inkişaf etdirilməsi məqsədilə fevralın Salyan rayon Çuxanlı kəndində yerləşən “N” saylı hərbi hissədə rayon -də ümumtəhsil məktəblərinin VII-VIII sinif şagirdləri arasında “Cəsurlar” hərbi – idman və turizm oyununun rayon birinciliyi keçirilib.

Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Veteranlar Şurasının birgə qərarı ilə təsdiq olunmuş əsasnaməyə uyğun 48 məktəbin komandasının iştirakı ilə keçirilib. Hər komandada 7 nəfər (5 oğlan və 2 qız) olmaqla ümumilikdə 350 nəfər məktəbli iştirak edib.

Oyun aşağıdakı mərhələlərdə keçirilib:

· Sıra hazırlığı
· Taxta hasarın üstündən keçməklə maneənin dəf olunması,
· Körpünün üstündən keçməklə xəndəyin dəf olunması,
· Yerlə sürünməklə maneənin dəf olunması
· Zəhərli zonanın dəf olunması
· Yaralının döyüş zonasından çıxarılması

Münsiflər heyəti tərəfindən komandaların göstərdiyi nəticələr qiymətləndirilib və yekunda Aşağı Noxudlu kənd məktəbinin komandası birinci yerə, 1 saylı ikinciyə, Arbatan məktəbinin komandası üçüncüyə layiq görüldü.

Qalib komanda mart ayında Neftçala rayonunda keçiriləcək zona yarışına vəsiqə qazanıb.

Xəbər 1093 dəfə oxundu.