Güləşçilərimiz yeddi medal qazandı
Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə 52-ci “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri başa çatmışdır.

Turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandamız 5 qızıl və 2 bürünc medal qazanmışdır.
Turnirin ilk günündə mübarizəyə qoşulan Hacı Əliyev (61 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olmuşdur. İdmançımız Əlcəzair, Ermənistan, Bolqarıstan və Türkiyə güləşçilərini mübarizədən kənarlaşdırmışdır. Cəbrayıl Həsənov (74 kq) isə bürünc medal qazanmışdır.
Turnirin ikinci günündə 3 pəhləvanımız mübarizəyə qoşulmuşdur. Həmzət Osmanov (86 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Ruslan Surxayev (57 kq) bürünc medala sahib olmuşdur.
Yarışın sonuncu günündə 65, 70 və 97 kiloqram çəki dərəcələridə pəhləvanlar qüvvələrini sınamışlar. Ruslan Dibirhacıyev (70 kq) və Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) inamla güləşərək finala yüksəlmişlər. Həlledici mərhələni də qələbə ilə tamamlayan güləşçilərimiz turnirin qızıl medalını qazanmışlar.
Olimpiya və dünya çempionu Şərif Şərifov sərbəst güləş yarışlarında turnirin ən texnikalı güləşçisi nominasiyasında kubokla mükafatlandırılmışdır.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil etmişdir.

Xəbər 781 dəfə oxundu.