Simeone: "İkinci hissədə meydanda "Atletiko" yox idi"
"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone La Liqada məğlub olduqları "Osasuna" ilə oyunu şərh edib.

"AS" qəzetinə danışan argentinalı mütəxəssis rəqibin onları təəccübləndirdiyini bildirib:

"Osasuna" çox yaxşı oynadı. Onlar bizi yaxşı oyun keyfiyyəti ilə təəccübləndirdilər. Bəzən belə məğlubiyyətlər olur. Futbolçularım meydanda ləng davranırdılar. İkinci hissədə isə "Atletiko" sanki meydanda yox idi".

Qeyd edək ki, "Osasuna" - "Atletiko" matçı 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Xəbər 777 dəfə oxundu.