Fatih Terim: "Çətin qrupa düşdük"
Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim "Avro-2016"ın seçmə mərhələsinin püşkünü dəyərləndirib.

"Ntvspor"a açıqlama verən təcrübəli mütəxəssis çətin bir qrupa düşdüklərini deyib.

"Onsuzda bütün komandalarla oyun çətin alınır. Heç bir qrup asan deyil. Məncə, bütün komandalar F qrupunda yer almaq istərdi. Ancaq artıq xeyirli olsun deməliyk. Meydana çıxıb, oynayacağıq. Komandamıza güvənirəm".


Qeyd edək ki, Türkiyə A qrupunda Hollandiya, Çexiya, Latviya, İslandiya və Qazaxıstanla mübarizə aparacq..

Xəbər 844 dəfə oxundu.