Vüqar Həşimovun xatirəsinə həsr olunmuş blits-turniri
Fevralın 21-də Həmkarların Respublika Şahmat Dama klubunda mərhum azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş 16 yaşadək oğlanlar və qızlar arasında blits-turniri keçirilib.

Yasamal rayon Gənclər və İdman İdarəsinin və Həmkarların Respublika Şahmat Dama klubunun dəstəyi ilə keçirilən yarışın məqsədi, respublikamızda şahmatın inkişaf etdirilməsi və onun rayon ərazisində təbliği, yeniyetmə və gəncləri şahmat ilə müntəzəm məşğul olmağa cəlb edilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və Vüqar Həşimovun xatirəsinin yad edilməsi olub.

Yarışın keçirilmə sistemi iştirakçıların sayından asılı olaraq baş hakimlər kollegiyasının qərarına əsasən müəyyən edilib.

Yekun nəticələrə görə, birinciyə Elsef Heydərov, ikinciyə Çingiz Əhmədov, üçüncü yerə İlqar Məlikov layiq görülüblər.

Sonda qaliblər Yasamal rayon Gənclər və İdman idarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 1050 dəfə oxundu.