Rüştü: "Valdez "Barselona"da qalmalıdır"
"Barselona" klubunun sabiq qapıçısı Rüştü Rəcbər komandanın hazırkı qolkiperi Viktor Valdezin mövsümün sonunda Kataloniya klubundan ayrılamaq istəməsinə münasibət bildirib.

Rəcbər İspaniya mətbuatına açıqlamasında Valdezin "Barselona"da qalmalı olduğunu deyib:

"Mən "Barselona"da olarkən Valdez çox gənc idi və meydana çıxmaq üçün tələsirdi. Ancaq o artıq yetkin və təcrübəli qapıçıdır. Məncə, əgər o əsas heyətdə meydana çıxırsa, "Barsa"nı tərk etməməlidir. Valdez karyerasını "Barselona"da başa vura bilər. Bir daha düşünməlidir".

Qeyd edək ki, Rüştü 2003-2004-cü illərdə "Barselona"nın şərəfini qoruyub.

Xəbər 917 dəfə oxundu.