Podolski: "Yalnız Özilin tənqid olunması ədalətsizlikdir"
"Arsenal" klubunun hücumçusu Lukaş Podolski komanda yoldaşı Məsut Özilin tənqid olunmasına münasibət bildirib.

ESPN-ə danışan almaniyalı futbolçu "Bavariya"ya məğlubiyyətdə yalnız Özilin günahkar sayılmasının ədalətsizlik olduğunu deyib:

"Təbii ki, "Bavariya"ya məğlub olduğumuza görə hamımız məyusuq. Ancaq futbol belədir. Buna görə yalnız Özilin tənqid olunması ədalətsizlikdir. Bir futbolçu bütün komandaya cavabdeh ola bilməz. Məsut aparıcı futbolçudur. Penaltinin yerinə yetirilməməsi heç nə demək deyil. Dostlar hər zaman birgə olmalıdırlar. Bizə irəliləmək lazımdır".

Qeyd edək ki, Özil "Arsenal" - "Bavariya" matçının 9-cu dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirə bilməmişdi. Onun zərbəsini "Bavariya"nın qolkiperi Manuel Noyer zərərsizləşdirmişdi.

Xəbər 933 dəfə oxundu.