Konte: "Türklər məni çox güldürür"
"Trabzonspor"un oyununu çox bəyəndim. İlk hissədə yaxşı bir nəticə əldə edəcəyimizi düşünürdüm. Son iyirmi dəqiqədə rəqib hücumların sayını artırdı. Biz də risk etdik. Bir qol daha vurmaq üçün çalışdıq və buna nail olduq".

Bu sözləri "Yuventus"un baş məşqçisi Antonio Konte Avropa Liqasının 1/16 finalında "Trabzonspor"la oyundan (2:0) sonra deyib.

Mətbuat konfransında bir türk jurnalistin zarafatla Trabzona qar yağacağını deməsi italiyalı mütəxəssisi çox güldürüb: "Ümid edirəm ki, bu dəfə qar yağmaz. İtalyan jurnalistlər məni heç güldürmür. Türklər isə məni çox güldürür".

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray" - "Yuventus" matçı zamanı güclü qar yağdığından oyun bir gün sonra keçirilmişdir.

Xəbər 830 dəfə oxundu.