"Napoli" "Arsenal"ın futbolçusunu istəyir
"Arsenal" klubunun müdafiəçisi Tomas Vermalen mövsümün sonunda komandadan ayrıla bilər.

Belçikalı futbolçu "Napoli" klubunun maraq dairəsinə düşüb.

"Arsenal"da Per Mertezaker və Loran Koselniyə rəqabətdə uduzan 28 yaşlı futbolçu Londonda qalmaq istəmədiyini açıqlayıb. Təcrübəli futbolçunun yeni mövsümdə karyerasını hansı klubda davam etdirəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Vermalen bu mövsüm "Arsenal"ın heyətində cəmi 7 oyunda meydana çıxıb.

Xəbər 788 dəfə oxundu.