"Real"dan "Yuventus"a 60 milyon avro
"Yuventus" klubunun futbolçusu Pol Poqbaya təkliflər gəlməkdə davam edir.

Fransız futbolçu bu dəfə "Real" (Madrid) klubunun maraq dairəsinə düşüb.

"Kral klubu" 20 yaşlı futbolçunun transferi üçün 60 milyon avrosundan keçməyə hazırdır. Lakin Poqba ilə PSJ-nin də maraqlanması "Real"ın işini çətinə salıb. Belə ki, Paris təmsilçisinin Poqba üçün "Yuventus"a daha yüksək məbləğ təklif edəcəyi iddia olunur.

Qeyd edək ki, Poqba bu mövsüm keçirdiyi 23 oyunda 6 qol vurub və 8 məhsuldar ötürmə verib.

Xəbər 904 dəfə oxundu.