Skolari: "Dünya çempionatının əsas favoriti Braziliyadır"
Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari komandasının qarşıdakı dünya çempionatında şanslarını dəyərləndirib.

Ölkəsinin mətbuatına danışan təcrübəli mütəxəssis komandasının mundialın əsas favoriti olduğunu bildirib:

"Biz təsadüfən dünya çempionatının üç favoriti arasında yer almamışıq. Ümumilikdə 8 komandanın dünya kubokunu qazana biləcəyi proqnozlaşdırılır. Lakin biz mundialın əsas favoritiyik. Bizim çox gözəl komandamız, dəqiq strategiyamız və yaxşı futbolçularımız var. Dünya çempionatında məqsədimizə nail olacağımıza inanıram".

Qeyd edək ki, A qrupunda yer alan Braziliya millisi Xorvatiya, Meksika və Kamerun yığmaları mübarizə aparacaq.

Xəbər 791 dəfə oxundu.