Beyl tənqid olundu
"Real"ın keçmiş futbolçusu Xorxe Valdano Madrid klubunun oyunçusu Qaret Beyli tənqid edib.

O, 100 milyon avroya transfer edilən uelsli yarımmüdafiəçinin oyununu bəyənmədiyini deyib:

"Beyl meydan çıxanda çox narahat görünür. Çünki oyunun sürətinə çatdıra bilmir. Ona komanda yoldaşları kömək edir. Beylin pis oynadığı vaxtlarda Jese Rodriqes köməyə gəlir".

Qeyd edək ki, Beyl indiyə kimi "Real"da 25 matça çıxıb və 11 qol vurub.

Xəbər 899 dəfə oxundu.