"Arsenal"dan Kasilyasa 20 milyon avro
Mövsümün sonunda "Real" (Madrid) klubundan ayrılacağı gözlənilən İker Kasilyas karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

"Arsenal" klubu Kasilyasın transferi ilə bağlı "Real"la danışıqlara start verib.

London təmsilçisi 32 yaşlı qolkiperin keçidi üçün qarşı tərəfə 20 milyon avro təklif edib. "Real"ın əsas heyətindən kənarda qalan təcrübəli qapıçının da İngiltərədə oynamaq istədiyi bildirilir.

Qeyd edək ki, Kasilya bu mövsüm cəmi 14 oyunda (Çempionlar Liqasında 6, İspaniya kubokunda - 8) meydana çıxıb.

Xəbər 787 dəfə oxundu.