Albert Rieranın yeni klubu müəyyənləşdi
Qış transferi pəncərəsində "Qalatasaray"dan ayrılan Albert Rieranın yeni komandasının adı müəyyənləşib.

İspan yarımmüdafiəçi Ukraynanın "Metallist" klubu ilə müqavilə imzalayıb. Müqavilənin şərtləri barədə açıqlama verilməyib.

Qeyd edək ki, 2011-ci ildə "Qalatasaray"a transfer olan A.Riera İstanbul klubu ilə 60 matçda oynayıb. "Cim-Bom" yanvar ayında futbolçuya 750 min dollar təzminat ödəyərək müqaviləni ləğv edib.

Xəbər 799 dəfə oxundu.