D.Bronşteynin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri başa çatdı
Belarusiyanın paytaxtı Minsk şəhərində David Bronşteynin anadan olmasının 90 illiyinə həsr olunmuş beynəlxalq şahmat turniri başa çatıb. Ümumilikdə 20-dən artıq ölkədən 225 şahmatçı - A turnirində 148 (69 beynəlxalq qrossmeyster), B turnirində isə 104 şahmatçı qələbə uğurunda mübarizə aparırdılar. Ölkəmizi Rauf Mməmmədov , Eltac Səfərli, Vasif Durarbəyli, Vüqar Rəsulov ,Nicat Abasov, Gülnar Məmmədova, Bəhruz Rzayev,Orxan Abdulov, Xəyalə Abdulla,Səbinə İbrahimova,Nərmin Kazımova, Nərmin Xələfova,Günay Məmmədzadə,Abdulla Qədimbəyli,Nail Bəşirli, Niyazi Nağdiyev və Nərmin Söyünlü təmsil edirdilər.

Sonuncu turda- həmyerlilərimiz Eltac Səfərli və Vüqar Rəsulovun bir birinə qarşı oynadığı turdan Eltac Səfərli qalib ayrıldı. Beləliklə, Səfərli 6.5 xalla turnir cədvəlinin altıncısı oldu. Rauf Məmmədov isə ukraynalı şahmatçı ilə xalları yarı bölərək 6 xalla 13-ci pillədə qərarlaşdı.Vüqar Rəsulov və Nicat Abasov aktivlərinə 5.5 xal, Vasif Durarbəyli və Günay Məmmədzadə 5 xal, Abdulov Orxan 4.5 xal, Gülnar Məmmədova isə 4 xal yazmışdır.

B qrupunda mübarizə aparan həmyerlilərimiz arasında Nail Bəşirli 9 oyundan 7.5 xal toplayaraq ev yiyəsi Mixail Sadovski ilə 1-2-ci yerləri bölüşdürsədə, əlavə göstəricilərə görə 2-ci yerin sahibi olub.Bu qrupda mübarizə aparan digər şahmatçımız Niyazi Nağdiyev isə 6.5 xalla turnir cədvəlinin 8-ci pilləsində yerləşib.

Turnirin qalibi aktivinə 7 xal yazan Gürcüstan şahmatçısı Baadur Cobava oldu.

Xəbər 1273 dəfə oxundu.