"Barselona" "Çelsi" ilə razılığa gəldi
Barselona" klubunun "Çelsi"nin müdafiəçisi David Luizin transferi ilə bağlı israrı davam edir.

Artıq tərəflər arasında razılıq əldə olunduğu bildirilir.

Lakin komandalar hələlik maliyyə məsələsində razılığa gələ bilməyiblər. Belə ki, Kataloniya təmsilçisi braziliyalı futbolçunun keçidi üçün qarşı tərəfə 27 milyon avro təklif edib. "Çelsi" isə bu məbləğlə razılaşmayıb. London klubu 26 yaşlı futbolçu üçün "Barsa"dan 30 milyon avro tələb edir. "Barselona"nın mövsümün sonunda Luiz üçün bu məbləği ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, D.Luiz bu mövsüm 14 oyunda forma geyinib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 856 dəfə oxundu.