"Milan"la işimiz hələ bitməyib"
"Çox çətin oyun oldu. Qol vurmaq üçün şansımız olacağını bilirdik. Ən üstün cəhətimiz komanda oyunu oynamağımız oldu".

Bu sözləri "Atletiko"nun hücumçusu Dieqo Kosta "Milan"la oyun haqda danışarkən deyib.

Görüşdə yeganə qolun müəllifi "Kanal +"-a açıqlamasında qapıçıları Tibo Kurtua haqda xoş sözlər deyib: "Kurtua dünyanın ən yaxşı qapıçılarından biridir. Onun qapıda olmağı bizə güvən verir".

Braziliyalı futolçu mərhələ adlamaq şanslarının yüsək olduğunu vurğulayıb: "Milan"la işimiz hələ bitməyib. Rəqibimiz çox yaxşı komandadır. Buna görə də rahatlanmamışıq. Amma özümüzə güvənirik. Çox güclü bir komandayıq"

Xəbər 775 dəfə oxundu.