Prezident İlham Əliyev Soçidə konkisürmə oyunlarına baxıb

Rusiya Federasiyasının Soçi şəhərində keçirilən XXII Qış Olimpiya Oyunlarının ilk günü idmanın bir çox növlərində maraqlı məqamlarla yadda qalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 8-də kişilər arasında 5000 metr məsafəyə sürətli konkisürmə yarışlarına baxıblar.
Qeyd edək ki, 1998-ci ildən Qış Olimpiya Oyunlarında iştirak edən Azərbaycan budəfəki olimpiadada idmanın dağ xizəyi və fiqurlu konkisürmə növləri üzrə dörd idmançı ilə təmsil olunur.
AzərTAc

Xəbər 2836 dəfə oxundu.