Əfsanə geri döndü
Braziliya millisinin keçmiş futbolçusu Rivaldo 41 yaşında yenidən yaşıl meydana qayıdıb.

Hazırda Braziliya C seriyasında yarışan "Moji Mirin" klubunun prezidenti olan braziliyalı əfsanəvi futbolçu 18 yaşlı oğlu Rivaldinyo ilə eyni matçda forma geyib. O, "Pirasikaba" ilə qarşılaşmanın ikinci hissəsində oyuna daxil olub.

Oyundan sonra "İnstaqram" hesabından fikirlərini bildirən Rivaldo bu matçın onun üçün özəl olduğunu deyib.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Xəbər 823 dəfə oxundu.