Lam: "Özil "Bavariya"nı cəzalandıra bilər"
"Bavariya" klubunun kapitanı Filip Lam Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində bu axşam qarşılaşacaqları "Arsenal"la oyun barədə danışıb.

Almaniyalı futbolçu "Goal.com"a açıqlamasında rəqib futbolçu Məsut Özil haqda xoş sözlər deyib:

"Bavariya"da çoxu Məsut Özilin nəyə qadir olduğunu gözəl bilir. O, öz mövqeyində dünyanın ən yaxşı futbolçularından biridir. Özil meydanı yaxşı görür ki, bu keyfiyyət də hər futbolçuda olmur. Əgər Məsut hazırda formada deyilsə, bu heç nə demək deyil. Məncə, o yaxşı oyun keçirməsə belə "Bavariya"nı istənilən anda cəzalandıra bilər".

Qeyd edək ki, "Arsenal" - "Bavariya" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 788 dəfə oxundu.