Fabreqas: "Barselona"nı tənqid edənlərə cavab verdik"
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Mançetser Siti"yə qalib gələn "Barselona"nın futbolçusu Sesk Fabreqas görüş haqda fikirlərini bildirib.

Səfərdə 2:0 hesabı ilə qalib gəldikləri görüşü dəyərləndirən ispaniyalı yarımmüdafiəçi iddialı danışıb: "Çoxları "Barselona" əvvəlki komanda deyil deyə düşünürdülər. Ancaq biz bu axşam bütün tənqidlərə cavab verdik.

O qeyd edib ki, hələlik mərhələnin taleyinin həll olunduğunu düşünmək tezdir:

"Futbolda istənilən nəticələr qeydə alınır. Cavab matçında da təmkinli və ehtiyyatlı olmalıyıq".

Xəbər 854 dəfə oxundu.