Neymar: "Mançester Siti" "Barselona"dan zəifdir"
"Barselona" klubunun yarımmüdafiəçisi Neymar Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində bu axşam qarşılaşacaqları "Barselona" ilə oyun haqda danışıb.

Braziliyalı futbolçu "Goal.com"a açıqlamasında "Mançester Siti"nin "Barselona"dan zəif olduğunu bildirib:

"Mançester Siti"nin "Barselona"nı məğlub edə biləcəyini düşünürəm. Çünki onlar İngiltərə Premyer Liqasında çox qol vururlar. Bununla belə, "şəhərlilər" "Barselona"dan zəif komandadır. Doğrudur, rəqibin güclü heyəti var. Ancaq biz rəqibdən daha təcrübəliyik. Təbii ki, "Mançester Siti"yə hörmət edirik. Qələbə qazanmaq üçün meydanda bacarığımızı ortaya qoyacağıq".

Qeyd edək ki, "Mançester Siti" - "Barselona" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 750 dəfə oxundu.