"Bakı" "Xəzər Lənkəran"la oyuna hazırdır
Sabah Topaz Premyer Liqanın 22-ci turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq "Bakı" klubu bu gün oyunöncəsi son məşqini keçirib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, saat 11:20-də başlayan hazırlığa yüngül qaçışla start verilib.

Ardından müxtəlif isinmə və dartınma hərəkətləri icra olunub. Vacib görüş ərəfəsində futbolçularını çox yormayan baş məşqçi Milinko Pantiç ardından “kvadrat” oynamaq tapşırığı verib. Sonda isə futbolçular ikitərəfli oyunda sınanıb.

Qeyd edək ki, zədəsini sağaltmaqla məşğul olan Şəhriyar Əliyev yüngül qaçışla kifayətlənib.

Xəbər 856 dəfə oxundu.