Sərbəst döyüş idman növü üzrə açıq birinciliyi keçirilib
16 fevral 2014-cü il tarixdə Salyan OİK-də “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi, Azərbaycan Peşəkar Free Fighting idman klubu və Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə sərbəst döyüş (Free Fighting) idman növü üzrə açıq birinciliyi keçirilib. Yarışın keçirilməsində məqsəd Xocalı faciəsinin həqiqətlərini gənc nəslə tanıtmaq, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunu aşılamaq və perspektivli idmançıları aşkar etmək olub.

Yarışda respublikanın 10 (Bakı, Abşeron, Qazax, Salyan, Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, Astara və İmişli) rayon və şəhərindən 160 nəfərə yaxın idmançı iştirak edib. Gərgin davam edən mübarizələrin sonunda komanda hesabında Salyan komandası birinciyə, Bakının “Free- Fighting” klubu ikinciyə, Abşeron rayonunun “Qarabağ” klubu üçüncü yerə layiq görülüblər.

Sonda qaliblər diplom və medalla, qalib komandalar isə kubokla təltif olunublar.

Xəbər 3147 dəfə oxundu.