Şumaxer necə qəzaya uğrayıb?
Dekabrın 29-da Fransada dağ xizəyi sürərkən yıxılaraq başı qayaya çırpılan "Formula 1" çempionu Mixael Şumaxerin keçirdiyi qəzanın təfərrüatları açıqlanıb.

Hazırda komadan oyandırılmağa çalışılan məşhur idmançının sürdüyü xizək yeni yağan qarın altında qalan qayaya dəyib. Bunun nəticəsində Şumaxer 10.4 m havada uçub və başı ikinci bir qayaya çırpılıb.

Qeyd edək ki,baş verən hadisədə heç kəsin günahı olmadığı bildirilib.

Xəbər 805 dəfə oxundu.