Bu il futbol üzrə Avropa Superkuboku uğrunda oyun Uelsdəki “Kardiff” stadionunda keçiriləcək
UEFA 2014-cü il futbol üzrə Avropa Superkuboku uğrunda oyunun “Kardiff”in stadionunda keçiriləcəyini elan edib.

Avropa Liqası və Çempionlar Liqasının qalibinin qarşılaşacağı matç avqustun 12-si Uelsdə oynanılacaqdır. O vaxtadək arenanın tamaşaçı tutumu 27 mindən 33 minədək artırılacaqdır.
Futbol üzrə Avropa Sukerkuboku uğrunda oyun 39-cu dəfə keçiriləcəkdir.

Xəbər 910 dəfə oxundu.