Mourinyo keçmiş futbolçusunu istəyir
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo keçmiş futbolçusunu komandasında görmək istəyir.

Portuqaliyalı mütəxəssis "Real"da birgə çalışdığı Sami Xediranı transfer etməyi planlaşdırır. Madrid klubunda matçlarda çox şans verilməyən yarımmüdafiəçinin London təmsilçisinə getməyə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, Xedira bu mövsüm "Real"da 15 matçda oynayıb.

Xəbər 849 dəfə oxundu.