"Arsenal"dan daha yaxşı olduğumuzu göstərməliyik"
"Bavariya"nın müdafiəçisi Jerom Boatenq Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları "Arsenal"la oyun haqda danışıb.

Boatenq rəqib azarkeşləri qarşısında oynamağın onlar üçün çətin olacağını bildirib:

"Məsut Özil "Arsenal"ın aparıcı futbolçusudur. Ona qarşı hər zaman diqqətli oynamalıyıq. Rəqib azarkeşlər qarşısında oynamaq bizim üçün çox çətin olacaq. Biz meydanda daha yaxşı olduğumuzu göstərməliyik".

Qeyd edək ki, "Arsenal" - "Bavariya" oyunu sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 786 dəfə oxundu.