“Luxor Open” turniri Azərbaycan millisi üçün uğurlu olub
Fevralın 15-dən 17-dək Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilmiş taekvondo üzrə “Luxor Open” turniri başa çatmışdır.

Azərbaycan Taekvondo Federasiyasından AzərTAc-a bildirmişlər ki, turnir millimiz üçün uğurlu olmuşdur. Böyüklərdən ibarət milli komandamız 3-ü qızıl, 3-ü isə bürünc olmaqla ümumilikdə 6 medal qazanmışdır. Azərbaycan millisinin üzvləri Mikayıl Əliyev (-54 kg), İlkin Şahbazov (74-kg) və Fəridə Əzizova (-67 kg) qızıl medal qazanaraq yarışın qalibi olmuşlar.

Taekvondoçularımızdan Samir Aydınov (-54 kg), Ramin Əzizov (-80 kg) və Radik İsayev (-87 kg) isə G-2 dərəcəli turniri bürünc medalla başa vurmuşlar.

Komanda hesabında millimiz 2-ci yerə layiq görülmüşdür.
Qeyd edək ki, Azərbaycan milli komandası fevralın 19-da Vətənə dönəcəkdir.

Xəbər 948 dəfə oxundu.