"Trabzonspor"u Qurban Berdıyev çalışdıracaq
"Rubin" (Kazan) klubunun sabiq baş məşqçisi Qurban Berdıyev Türkiyə Superliqasında çalışa bilər.

Təcrübəli mütəxəssisin "Trabzonspor"un baş məşqçisi olacağı gözlənilir.

Artıq Antalyada olan Berdıyev klubun prezidenti İbrahim Hacıosmanoğlu ilə görüşüb. Tərəflər arasında razılıq əldə olunarsa, 61 yaşlı mütəxəssis "Trabzonspor"u çalışdıracaq.

Qeyd edək ki, Q.Berdıyev 2013-cü il, dekabrın 20-də "Rubin"in baş məşqçi vəzifəsindən istefaya göndərilmişdi.

Xəbər 928 dəfə oxundu.