Peleqrini: "Barselona" yalnız Messidən ibarət deyil"
"Mançester Siti" klubunun baş məşqçisi Manuel Peleqrini Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları "Barselona" ilə oyun haqda fikirlərini bölüşüb.

İspaniyalı mütəxəssis "Barselona"nın tək Lionel Messidən ibarət olmadığını bildirib:

"Şübhə deyil ki, Lionel Messi dünyanın ən yaxşı futbolçusudur. Yüksək sürət, əla texnikaya malik biridir. O, "Barselona" üçün çox əhəmiyyətli oyunçudur. Ancaq "Barselona" yalnız Messidən ibarət deyil. Digər futbolçular da oyunun taleyini dəyişə bilər".

Qeyd edək ki, "Mançester Siti" - "Barselona" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 955 dəfə oxundu.