Azərbaycanın “Rabitə” voleybol klubunun mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı | |
“Rabitə” voleybol klubu Qətərin paytaxtı Doha şəhərində keçirilmiş qadın voleybol klubları arasında dünya çempionatının qalibi olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Rabitə” voleybol klubuna 500 (beş yüz) min manat məbləğində vəsait ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 18 oktyabr 2011-ci il. |
|
Xəbər 1655 dəfə oxundu. |
|
|