İspaniya La Liqasında hansı nəticələr oldu?
İspaniya La Liqasında 24-cü turun oyunları davam edir. Növbəti oyun günündə daha 4 qarşılaşma baş tutub.

Madrid "Real"ı səfərdə "Hetafe"nin qonağı olub və 3:0 hesablı qələbə qazanıb. "Atletik" (Bilbao) doğma meydanda "Espanyol"a uduzub - 1:2. "Sevilya" - "Valensiya" matçında hesab açılmayıb. "Qranda" isə öz meydanında "Betis"dən üstün olub - 1:0.
Qeyd edək ki, La Liqanın 24-cü tura bu axşam keçiriləcək bir oyunla yekun vurulacaq.
16 fevral
İspaniya La Liqası, 24-cü tur
"Qranada" - "Betis" - 1:0
"Hetafe" - "Real" (Madrid) - 0:3
"Atletik" (Bilbao) - "Espanyol" - 1:2
"Sevilya" - "Valensiya" - 0:0

17 fevral
01.00 "Malaqa" - "Real" (Sosyedad)

Xəbər 862 dəfə oxundu.