Karateçilərimiz Avropa çempionatında uğurla çıxış ediblər
Almaniyada karate üzrə 19-cu dünya çempionatı keçirilib. Çempionatda ölkəmizi Azərbaycan Karate Federasiyaları Assosiasiyasının nümayəndələri təmsil ediblər. Yarışda 40 ölkədən 2 mindən çox idmançı iştirak edib. Azərbaycan karateçiləri dörd qızıl, üç gümüş və üç bürünc medal qazanıblar.
Yeniyetmələrin yarışlarında (16-17 yaş) Niyazi Əliyev, Rəşad Hüseynov və Şahin Atamov, habelə Səbuhi Nuriyev çempion olublar. Komanda yarışında və mikstdə Azərbaycan yığması, həmçinin Məharət Musayev və baş məşqçi Sədi Namazov gümüş medallar qazanıblar.
Məşqçimiz kata üzrə veteranların yarışında uğurla çıxış edərək üçüncü yeri tutub. 12-13 yaşlı uşaqların yarışında Elxan Musayev və Ayxan Mirsaquliyev bürünc medallar qazanıblar.

AzərTAc

Xəbər 1470 dəfə oxundu.