"Qalatasaray"la "Fənərbaxça" arasında xarab olmuş ciyər
Türkiyənin "Qalatasaray" komandası dünən keçirilən "Fənərbaxça" - "Kasımpaşa" oyunundan (2-1) sonra, rəsmi saytında matçla bağlı açıqlama verib. Yazıda, "Fənərbaxça"nın vurduğu qolun ofsaytdan olduğu, iki oyunçuya da qırmızı vərəqə göstərilmədiyi iddia olunub. Eyni zamanda "Beşiktaş"a da haqsızlıq edildiyi yazılıb. "Fənərbaxça" klubu isə bu fikirlərə bir cümlə ilə cavan verib: "Aslanın balacası pişik ağzı çatmadığı ciyərə xarab olub deyir".

Xəbər 808 dəfə oxundu.