İngiltərə kuboku: "Arsenal" 1/4 finalda
İngiltərə Federasiya kubokunda 1/8 finalın oyunları davam edir.

İkinci oyun günündə 3 qarşılaşma baş tutub.

"Everton" öz meydanında "Suonsi"ni qəbul edib və 3:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. "Şeffild Yunayted" - "Nottingem Forest" oyununda da 3:1 hesabı qeydə alınıb. Son görüşdə isə "Liverpul" səfərdə "Arsenal"ın qonağı olub. Qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Qeyd edək ki, 1/8 final mərhələsinə bu axşam keçiriləcək bir oyunla yekun vurulacaq.


16 fevral

İngiltərə Federasiya kuboku, 1/8 final

"Everton" - "Suonsi" - 3:1
Qollar: Traore, 5 (1:0), Quzman, 16 (1:1), Naismiz, 65 (2:1), Bainiz, 74 (3:1)

"Şeffild Yunayted" - "Nottingem Forest" - 3:1
Qollar: Paterson, 28 (0:1), Koadi, 66 (1:1), Porter, 90 (2:1), 90 (3:1)

"Arsenal" - "Liverpul" - 2:1
Qollar: Çemberley, 16 (1:0), Padolski, 47 (2:0), Cerard, 59 (2:1)

15 fevral

"Sanderlend" - "Sauthempton" - 1:0
Qol: Qardner, 50 (1:0)

"Şeffild Yunayted" - "Çarlton" (Təxirə salınıb)

"Kardif Siti" - "Uiqan" - 1:2
Qollar: Makkann, 18 (0:1), Kempl, 27 (1:1), Uatson, 40 (1:2)

"Mançester Siti" - "Çelsi" - 2:0
Qollar: Yovetiç, 17 (1:0), Nəsri, 67 (2:0)

17 fevral

"Briqton" - "Hall Siti"

Xəbər 769 dəfə oxundu.