Mövsümün 250-ci qolu
Topaz Premyer Liqasında 2013/14 mövsümünün 250-ci qolu vurulub.

İdman.comaz-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, yubiley topuna “Sumqayıt”ın futbolçusu Rəhman Hacıyev imza atıb.

Futbolçu buna 21-ci turun “Rəvan”la qarşılaşmasında fərqlənməklə nail olub. Oyunda hesabı açan Hacıyev turun 8-ci, mövsümün 250-ci qolunun müəllifi olub.

Ümumilikdə isə 105 oyunda 255 qol vurulub. Cari mövsümdə orta məhsuldarlıq 2,43-ə bərabərdir.

Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu.

Xəbər 924 dəfə oxundu.