"Lans"ın Fransa kubokunun 1/4 finalındakə rəqibi müəyyənləşdi
"Lans"ın Fransa kubokunun 1/4 finalındakə rəqibi müəyyənləşib.

Hafiz Məmmədovun klubu bu mərhələdə birinci liqa təmsilçisi "Monako" ilə qarşılaşacaq. Görüş martın 25-26 və ya 27-də (dəqiq vaxt hələ müəyyənləşməyib) Monakoda oynanılacaq.

Xatırladaq ki, "Lans" ölkə kubokunda indiyə kimi birinci liqa təmsilçiləri olan "Bastia" və "Lion" kimi komandaları mübarizədən kənarlaşdırıb.

Xəbər 878 dəfə oxundu.