Ağır atletika üzrə Azərbaycan çempionatı davam edir
Ağır atletika üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı davam edir.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın ikinci günü körpücük üzərinə kişilər arasında 69, 77 və 85 kiloqram çəki dərəcələrində idmançılar çıxırlar.

Yarışın ilk günü Səbinə Əzimova (48 kq), Silviya Angelova (53 kq), Kristina Yovu (58 kq), Elnarə Abbasova (63 kq), Kseniya Vişnitskaya (69 kq), Anastasiya İbrahimli (75 kq) və Tatyana Varlamova (75 kq-dan yuxarı), Elmar Alıyev (56 kq) və Rüstəm İmanzadə (62 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Ağır Atletika Akademiyasının idman zalında keçirilən çempionata yanvarın 16-da yekun vurulacaqdır.

Xəbər 1259 dəfə oxundu.