Şəkidə voleybol üzrə şəhər birinciliyinə start verildi
Şəki şəhər Gənclər və İdman İdarəsinin təqvim planına əsasən fevralın 12-də 12 saylı orta məktəbdə ümumtəhsil məktəblərinin oğlan komandaları arasında voleybol idman növü üzrə şəhər birinciliyinə start verilib.

Yarışın keçirilməsində məqsəd bu idman növünün kütləviliyini artırmaq, perspektivli voleybolçuları aşkar edərək, şəhərin yığma komandasının tərkibinə cəlb etməkdən ibarətdir.

Qeyd edək ki, yarışda 10 komanda iştirak edəcək və oyun 3 gün davam edəcək.

Xəbər 1016 dəfə oxundu.